Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şəki sakinləri başlarına gələn fəlakətdən danışdılar: "Hər an qorxu içindəyik"
Aramsız yağan yağışlar Şəkinin Qudula kəndində böyük fəsadlar törədib.
Əyriçayda suyun səviyyəsi artıb və sel suları kəndi Yevlax-Zaqatala-Gürcüstan magistral yolu ilə birləşdirən avtomobil yoluna daxil olub. Nəticədə Qudula kəndinin şəhər mərkəzi və ətraf kəndlərlə əlaqəsi kəsilib.
Bundan başqa, sel suları həyətyanı sahələrə və şəxsi təsərrüfatlara da ziyan vurub.
"Yağışdan sonra sürətlə su yuxarıya doğru qalxır, artıq evə yaxınlaşır. Kənd blokadadadır. Suyun içində qalmışıq. Hər an qorxu içindəyik. Belə vəziyyətdə yaşamaq olar?", - deyə kənd sakini bildirib.
Ətraflı Baku TV-nin süjetində:
Şəkidə Əyriçayın daşması nəticəsində Qudula kəndi ilə əlaqə kəsilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bir-neçə gündür leysan yağışlarının yağması Şəkinin Qudula kəndi ərazisindən axan Əyriçay çayının daşmasına səbəb olub.
Nəticədə sel suları Qudula kəndini magistral yolla birləşdirən avtomobil yolunu yuyub.
Hazırda Qudula kəndinin şəhər mərkəzi və ətraf kəndlərlə əlaqəsi kəsilib. Yolda hərəkət yalnız yük avtomobilləri və traktorlar vasitəsi ilə mümkündür.
Bundan başqa sel suları kənddə bir-neçə evin həyətyanı sahəsinə və şəxsi təsərrüfatlara da dolub.
Hazırda problemin həlli istiqamətində işlər aparılır.
"Baku TV" teqi üzrə xəbərlər
- Saray körpüsündə SON VƏZİYYƏT
- Xronika: "Əsəd Suriyadan Azərbaycan ərazilərinə ermənilərin köçürülməsini təşkil edirdi"
- Colani cihadçıdan mühafizəkar demokrata çevrilir: 13 il əvvəl Əsədə kim mane oldu?
- Ev sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ: Ucuz mənzil satılan ərazilərin SİYAHISI AÇIQLANDI - QİYMƏTLƏR
- "Keşlə" bazarı niyə söküləcək? Səbəbi bilindi - Xəbərlərin 20:00 buraxılışı
Rəylər