Şəki rayonunda evdən yaşlı ər-arvadın meyiti tapılıb.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki şəhəri, Salman Mümtaz küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Belə ki, 1937-ci il təvəllüdlü Bahadır Zalovun və onun həyat yoldaşı, 1955-ci il təvəllüdlü Elmira Əhmədiyyə qızı Zalovanın üzərində zorakılıq əlamətləri olmayan meyitləri yaşadığı ünvanda tapılıb.
Faktla bağlı araşdırma aparılır.
www.oxu.az
Oxu.Az yeniləndi!