Bakıda piyadalar üçün nəzərdə tutulan yolda hərəkət edən sürücü cərimələnib.
APA xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, hadisə Bakının Səbail rayonunda, Zərifə Əliyeva küçəsində baş verib.
Bakı şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, 90-ZB-616 dövlət nömrə nişanlı, BMW markalı avtomaşının sürücüsü barəsində piyadaların hərəkəti üçün nəzərdə tutulan yolla hərəkət etdiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə tətbiq edilib.
17:24
Bakıda sürücü avtomobilini səkidə idarə edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, Səbail rayonunda 90-ZB-616 dövlət nömrəli nişanlı BMW markalı avtomobilin sürücüsü maşınını səkidə idarə edib. Bu da piyadaların həyatı üçün ciddi təhlükə yaradıb.
Həmin görüntüləri təqdim edirik:
Nəzrin Vahid
Rəylər