Bu ayın 20-də Şəkidə Beynəlxalq Ənənəvi Şirniyyat Festivalı keçiriləcək.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasından verilən məlumata görə, Beynəlxalq Ənənəvi Şirniyyat Festivalında Türkiyə, Qırğızıstan, Koreya, Monqolustan, Rusiya Federasiyasının Kislovodsk və Perm vilayətləri, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Rumıniyadan kulinarlar və Azərbaycanın 22 bölgəsi öz milli şirniyyatlarını sərgiləyəcək.