Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəkidə qəzada xəsarət alan qadın xəstəxanada ölüb
11 gün əvvəl qəzada xəsarət alan qadın vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, oktyabrın 7-də Şəki rayonunun Qırxbulaq kəndi ərazisində Rəşid Fətəliyev idarə etdiyi "Hyundai" markalı avtomobillə qəza törədib. Qəza nəticəsində xəsarət alan avtomobildəki sərnişin, 27 yaşlı Leyla Məmmədli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Göstərilən tibbi yardımlara baxmayaraq o, dünən Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Samir İsayev
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Qubada vəzifəli şəxs müəlliməni xəstəxanalıq etdi - Son vəziyyəti AÇIQLANDI
- Naxçıvanda AĞIR QƏZA - Taksi sürücüsü öldü
- Gələn ay toyu olacaqdı - Faciəli şəkildə ölən gəncin FOTOLARI
- Xocəsən qəsəbəsində sərnişin avtobusu QƏZASI: Sürücü xəsarət alıb
- Bakıda gecə saatlarında ağır qəza nəticəsində həlak olan şəxs İŞ ADAMI İMİŞ