Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəkidə siqareti ilə evini yandıran kişi xəstəxanada ölüb
Bu gün Şəkinin Baş Kəldək kəndində baş verən yanğından sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Mais Nəbiyev orada ölüb.
Oxu.Az-a verilən məlumata görə, yanğın zamanı ağır dərəcəli yanıq xəsarətləri alan 57 yaşlı Mais Nəbiyevi xilas etmək mümkün olmayıb.
Yanğın yaşlı kişinin yatdığı zaman baş verib və onun çarpayısı alışıb. M.Nəbiyevin köməyinə kənd sakinləri çatıblar. Qonşular dərhal müdaxilə edərək M.Nəbiyevi yanan evdən çıxarıb xəstəxanaya çatdırıblar. Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən kənd sakinin içkili olduğu və çarpayının da siqaretdən alışdığı bildirilib.
Şəkidə Baş Kəldək kənd sakini, 57 yaşlı Mais Nəbiyev ağır dərəcəli yanıq xəsarətləri alıb.
"Unikal" hadisənin təfərrüatını əldə edib.
Belə ki, yanğın yaşlı kişinin yatdığı zaman baş verib və çarpayı alışıb. Onun köməyinə kənd sakinləri çatıblar. Qonşular dərhal müdaxilə edərək M.Nəbiyevi yanan evdən çıxarıblar.
Ağır dərəcəli yanıq xəsarətləri alan M.Nəbiyev Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Onun içkili olduğu və çarpayının da siqaretdən alışdığı bildirilir.