Şəkidə 4 uşaq anasının intiharının səbəbi məlum olub.
Oxu.Az xəbər verir ki, Rayon Prokurorluğunun müstəntiqi Vüqar Orucovun ANS PRESS-ə verdiyi məlumata görə, Nargilə Abdulvahabovanın ailəsinin borcu olub. Bundan əlavə qadın əsəb xəstəliyindən əziyyət çəkirmiş.
Bu barədə onun ailə üzvləri bildirib.
Hətta bir müddət əvvəl əsəb xəstəliyindən müalicə də alıb.
“Ailəsinə də deyirmiş ki, özümü öldürəcəyəm. Bezmişəm bu həyatdan. Bunun da səbəbi ailənin borclu olması olub. Qadın da, bu səbəbdən özünü öldürüb”.
12:05
Şəkidə üç uşaq anası intihar edib.
Oxu.Az xəbər verir ki, Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri, Fuad Abdurəhmanov küçəsi ev 43 ünvanında qeydə alınıb.
1964-cü il təvəllüdlü Nargilə Mustafa qızı Abdulvahabova bu gün səhər saatlarında yaşadığı evin həyətyanı sahəsindəki tut ağacından asılmış vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib.
Onun intihar etdiyi ehtimal olunur. N.Abdulvahabovanın hansı səbəbdən intihar etməsi araşdırmalardan sonra söyləmək mümkün olacaq.
Şəki ŞRPŞ-dən bildirilib ki, Nargilə Abdulvahabova ailəli və üç uşaq anası olub.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.