Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəkinin Baş Şabalıd kəndi ərazisindəki yanğın SÖNDÜRÜLDÜ
Ötən gün Şəkinin Baş Şabalıd kəndi ərazisindəki yanğın söndürülüb.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.
"Şəki rayonunun Baş Şabalıd kənd inzibati ərazisinə daxil olan çətin relyefli yüksək dağlıq ərazidə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən, daha geniş sahəyə yayılmasına imkan verilmədən, söndürülüb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar