Xarkovda yaşayan azərbaycanlı ailənin azyaşlı qızı Azərbaycan və Türkiyə prezidentlərinə müraciət edib.
Oxu.Az xəbər verir ki, müraciətin videosunu Polşada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli özünün “Facebook” səhifəsində paylaşıb.
Ələsgərovlar ailəsinin səkkiz yaşlı qızı Gülzar müraciətində deyib:
“Mən Ukrayna uşaqlarının adından Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana səslənirəm. Sizlərdən Ukrayna Prezidenti Volodimir Zelenskiyə kömək etməyinizi xahiş edirəm. Biz Xarkovda sakit, sülh və əmin-amanlıq içərisində yaşamaq istəyirik. Sizi ürəkdən sevirəm”.
Həmin görüntüləri təqdim edirik:
Bu gönderiyi Instagram'da görKönül Cəfərli
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Vətən müharibəsinin 34-cü günü: Doqquz kənd işğaldan azad edilir - Foto
- İlham Əliyev İspaniya kralına başsağlığı verdi
- İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək
- "Haber Global": "Türkiyə və Azərbaycan arasındakı münasibətlər sarsılmaz və daimi qardaşlıq bağına əsaslanır" - Video
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi
Digər xəbərlər