Goranboy, Tərtər, Şəki, Mingəçevir, Balakən, Qax, Gəncə, Göygöl, Lənkəranda dolu yağması və sel gəlməsi səbəbindən avtomobil yollarının ziyan gördüyü, nəqliyyatın hərəkətində problemlərin yarandığına dair məlumatlar paylaşılır.
Hazırda sözügedən regionlarda, selin gətirdiyi qalıqlar səbəbindən yollarda nəqliyyatın hərəkətində çətinliklər varmı?
Məsələ ilə bağlı Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən ərazilərdə hazırda heç bir məhdudiyyət yoxdur:
“Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən bütün zəruri təhlükəsizlik tədbirləri görülüb. Fasiləsiz hərəkət təmin edilib”.
Könül Cəfərli