Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şəmkir su anbarında bir nəfər batıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində balıq ovuna çıxdığı ehtimal olunan həmin rayonun Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Zabit Paşa oğlu Baxşəliyevin batması barədə məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış dərhal qrupu axtarışlara cəlb olunub.
Hazırda axtarış işləri davam etdirilir.
Şəmkir su anbarında bir nəfər batıb

"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- FHN: "Bəzi ərazilərdə suyun çəkilərək kənarlaşdırılması davam edir"
- Bulvarda dənizdən meyit tapılıb
- Fövqəladə Hallar Nazirliyi su basmış ərazilərlə bağlı məlumat yaydı
- Sabirabad Rayon İcra Hakimiyyətindən özünü yandıran müharibə iştirakçısı ilə bağlı AÇIQLAMA
- Çox sayda nöqsanın olduğu şadlıq evi bağlandı
Ən çox oxunanlar