Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 35 yaşlı Azər Mustafayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a verilən məlumatda bildirilir ki, həmin şəxsdən 15 kiloqram marixuana və 4 kiloqram heroin aşkarlanıb.
"Saxlanılan şəxs ifadəsində əldə etdiyi narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb. A.Mustafayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - deyə məlumatda vurğulanıb.