Şəmkirdə müəlliməni maşın vuraraq öldürüb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1995-ci il təvəllüdlü Səma Nağdıyevanı vurub.
Piyada xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, ölən qadın müəllimə olub. Piyadanı vuran avtomobilin hadisə yerindən uzaqlaşdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.