Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, yanvarın 26-da saat 22:50-də Şəmkir rayonu ərazisində baş verən qəza səbəbi ilə dörd nəfər (üçü kişi və biri qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin sıyrığı və küt travması diaqnozu təyin edilib.
Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Hadisə nəticəsində bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Məhərrəm Əliyev