Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Yasamal adlanan ərazisində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2104” markalı minik avtomobili ilə ağırtonnajlı yük maşını toqquşub. Qəza nəticəsində xəsarət alan beş nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.