Şəmkir rayonunda ailə faciəsi ilə nəticələnən yol qəzası baş verib.
Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 7-si saat 22.00 radələrində Şəmkir rayonu Düyərli kəndinin ərazisində Göygöl rayon sakini Səbuhi İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zəyəm-Cırdaxan kənd sakini Dinarə Bayramovanı, onun azyaşlı oğlu Fəqanı və azyaşlı qızı Gültacı vurub.
Uşaqlar hadisə yerində ölüb, D.Bayramova xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.