Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şəmkirdə baş verən ağır qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Yanvarın 25-də 00:05-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan bir nəfər (kişi cinsli) hospitalizasiya olunub.
1996-cı il təvəllüdlü şəxsə burunun, alının və təpə nahiyəsinin, hər iki əlin üst səthinin sıyrılmış yarası diaqnozu qoyulub. Zəruri ilkin tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb.
5 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə cavabda qeyd olunub.
İlkin ehtimallara görə, Şəmkirdəki yol-nəqliyyat hadisəsinin baş verməsinə yüksək sürət səbəb olub.
Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib.
O sürət həddini aşmağa meyilli olan sürücüləri sonradan bərpası mümkün olmayan yanlış addımlar atmaqdan çəkinməyə çağırıb:
"Ötən gün saat 23:40-da Bakı-Qazax avtomobil yolunun 403-cü kilometrliyində üzü Qazax istiqamətində hərəkətdə olarkən Şəmkir rayon sakini Xətai Xosrov oğlu Əliyevin idarə etdiyi VAZ-2106 markalı, 20-BE-810 dövlət qeydiyyat nişanlı avtomobillə qarşıdan gələn həmyerlisi Zaur Rasim oğlu Cabbarovun idarə etdiyi VAZ-21214 markalı, 77-YK-188 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
İlkin ehtimallara görə, yüksək sürət nəticəsində baş verən qəzada hər iki sürücü, eləcə də Zaur Cabbarovun sərnişinləri - Elşən Sabir oğlu Xudaverdiyev və Babək İlyaz oğlu Hüseynov, habelə Xətai Əliyevin sərnişini Röyal Elbrus oğlu Allahverdiyev hadisə yerində həyatlarını itirib, digər sərnişin Elçin Yusif oğlu Orucov isə xəsarət alıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi yüksək sürətin ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və sürət həddini aşmağa meyilli olan sürücüləri sonradan bərpası mümkün olmayan yanlış addımlar atmaqdan çəkinməyə çağırır", - deyə o qeyd edib.
Şəmkirdə baş verən ağır qəza zamanı ölən daha bir şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, araşdırmalar zamanı qəza zamanı "Niva" markalı avtomobildə ölən digər şəxsin Şəmkir rayon sakini, 28 yaşlı Babək Hüseynov olması müəyyən edilib.
Onun sözlərinə görə, faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Şəmkirdə baş verən ağır qəzanın yeni detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində saat 23:00-da baş verib.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırma aparıblar.
Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev Qazax rayonu istiqamətində hərəkətdə olarkən əks hərəkət zolağına daxil olub, qarşıdan gələn, Şəmkir rayon sakini 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi "Niva" markalı avtomobil ilə toqquşub. Hadisə nəticəsində VAZ-2106-nın sürücüsü və həmin avtomobildə olan sərnişinlər Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin "Niva" markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev və hələlik kimliyi istintaqa məlum olmayan daha bir nəfər ölüb, VAZ-2106-da olan digər sərnişin 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aygün Mirakif
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Niva" ilə VAZ-2106 markalı minik maşınları toqquşub.
Qəza zamanı beş nəfər ölüb.
Rəylər