Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Şəmkirdə evdə partlayış olub
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Şəmkir şəhərində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 450 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin mətbəx hissəsində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış dalğasının zərbəsindən evə ziyan dəyib, xəsarət alan olmayıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Mingəçevirdə 15 yaşlı yeniyetmə kanalda batdı - Boyunun uzanmasını istədiyi üçün üzməyə gedirmiş
- Bakıda Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın SÖNDÜRÜLÜB
- Azərbaycanda futbol klubunun rəhbəri, şirkət sahibi həbs edilib - TƏFƏRRÜAT
- Bakıda tanınmış şirniyyat mağazasının fəaliyyəti dayandırıldı
- Yasamalda çoxmərtəbəli yaşayış binasında YANĞIN