Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"BakuBus" Zaqatala və Mingəçevirə sərnişin daşıyacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəmkir və Bakı-Mingəçevir şəhərlərarası avtobus marşrutları ilə bağlı elan etdiyi müsabiqəyə yekun vurub.
Oxu.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Məlumata görə, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunub. "Bakı-Zaqatala-Bakı" və "Bakı-Mingəçevir-Bakı" marşrutları üzrə hüquqi şəxs "BakuBus" MMC, "Bakı-Gəncə-Bakı" marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC, "Bakı-Şəmkir-Bakı" marşrutu üzrə fiziki şəxs Bilal Xeyrəddin oğlu Qurbanov ən çox bal toplayaraq qalib elan olunublar.
Şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- İşğaldan azad olunmuş ərazilərə getməyə dekabr ayı üçün biletlər satışa çıxarılacaq
- "Ukrayna dairəsi"ndə hansı işlər görüləcək?
- Bakıda bir sıra küçələrdə yeni yol nişanları quraşdırılıb
- Bakıda 40-dan çox marşrutun fəaliyyəti bərpa edilir
- AYNA: "COP29-un doqquz günü ərzində 378 minə yaxın sərnişin daşınıb"
Rəylər