Şəmkirdə baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimliyi açıqlanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, avqust ayının 31-də axşam saat 20 radələrindən Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü R.Namazov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol kənarına aşırmış, nəticədə avtomobildə olan sərnişinlər - 1980-ci il təvəllüdlü Dürdanə Nəbiyeva və 2002-ci il təvəllüdlü Eyvaz Nəbiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Avtomobildə olan digər sərnişin - 1991-ci il təvəllüdlü Bahar Məmmədova isə müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirib.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının əməkdaşları gəlib, müvafiq tədbirlər həyata keçirib, faktla bağlı araşdırmalar davam etdirilir.
21:04
Şəmkirdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes-Benz” markalı minik maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı iki nəfər hadisə yerində ölüb.
Üç nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
İlhamə Əbülfət