Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən biri hərbçi olub.
Oxu.Az-ın məlumatına görə, avqustun 2-də səhər saat 6 radələrində Bakı-Qazax-Gürcüstan avtomagistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində Elnur Mustafayevin idarə etdiyi “Mercedes-Benz” avtomobili ilə Tovuz rayon sakini Fəxrəddin Bədirovun idarə etdiyi VAZ markalı avtomobil toqquşub.
Nəticədə hər iki avtomobildəki sərnişinlər - 1984-cü il təvəllüdlü Ceyhun Ağarzayev, 1965-ci il təvəllüdlü Cəmilə Bədirova - hadisə yerində vəfat ediblər.
F.Bədirov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, C.Ağarzayev hərbçi olub.
09:16
Şəmkirdə iki avtomobil toqquşub, ölənlər var.
“Report”un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində iki nəfər dünyasını dəyişib. Daha bir nəfər isə ağır halda xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət