Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sənan Mehdiyevin həbs müddəti uzadıldı
Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın ölümü ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən cərrah Sənan Mehdiyevin həbs müddəti uzadılıb.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.
Məhkəmə əlavə sübutların toplanmasını nəzərə alaraq təqdimatı təmin edib. Qərara əsasən, Sənan Mehdiyevin həbsdə saxlanılma müddəti daha 2 ay uzadılıb.
Xatırladaq ki, bu il yanvarın 12-də 30 yaşlı Nəzrin Aydın qızı Mansurova müalicə aldığı xəstəxanada vəfat edib. İlkin araşdırma zamanı N.Mansurovanın klinikaların birində rinoplastika əməliyyatı etdirməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Nəzrini əməliyyat edən cərrah Sənan Mehdiyev təqsirləndirilən şəxs qismində həbs edilib.

"Səhlənkarlıq" teqi üzrə xəbərlər
- Perinatal Mərkəzdəki yanğında zərərçəkən: "8 ildən sonra övladımız oldu, o da yanğında öldü"
- Məhkəmə Nəzrin Mansurovanın ölümünə görə həbs edilən tanınmış həkim barəsində qərar qəbul edib
- Düzgün diaqnoz qoyulmayan azyaşlı xəstəxanada öldü: Həkim cəzalandırıldı
- Məhkəmə beş yaşlı uşağın ölümündə günahlandırılan həkimlərlə bağlı qərar çıxardı
- Bakıda qadının burun əməliyyatından sonra ölməsi ilə bağlı həkim Sənan Mehdiyev saxlanılıb