Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sənədləşmədə gecikmə, müştəriyə ödənilməli olan pulun yubadılması: Sığortadakı PROBLEMLƏR
Azərbaycanda avtomobillərin icbari sığortası şikayət indeksində ilk sıradadır.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, avtomobillərin icbari sığortası üzrə bəzi şirkətlər şikayət indeksinə görə çox vaxt ilk sıralarda yer alır.
Səbəb sənədləşmədə gecikmə, müştəriyə ödənilməli olan pulun yubadılması və digər problemlərdir.
Sığorta sahəsi üzrə ekspert Vüsal Bədəlov bildirib ki, ümumiyyətlə, vətəndaşların ən çox şikayətçi olduğu sığorta növü icbari sığortadır.
Onun sözlərinə görə, bu kimi problemlərin qarşısını almaq vətəndaşın əlindədir. Bu halda bəzi sığorta şirkətlərinin səhlənkarlığının öhdəsindən gəlmək olur.
Ekspert bildirib ki, sığorta şirkəti seçən zaman bu kimi problemlərlə qarşılaşmamaq üçün diqqətli olmaq lazımdır. Ümumiyyətlə isə, həm seçim zamanı, həm də sığorta şirkəti ilə bağlı problem yaşadıqda vətəndaşların öz sığorta agentlərinə müraciət etmələri daha doğru seçimdir.
Ətraflı süjetdə:

"avtomobillər" teqi üzrə xəbərlər
- Dilan və Engin Polat cütlüyünün milyonlarla dollar dəyərində lüks avtomobilləri satışa çıxarılır
- Çin istehsalı olan avtomobilləri almaq istəyənlərin NƏZƏRİNƏ
- "Volkswagen" Almaniya ordusu üçün silah istehsalına başlaya bilər
- Avtomobilinizin salonunda haqqında məlumatsız olduğunuz düymələr
- Xaricdən avtomobil gətirmək istəyənlərin NƏZƏRİNƏ: Aldadıla bilərsiniz