“Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarlarının üzə çıxdığı iddia edilən yerin, təbii aşınma nəticəsində yaranmış daş qatları olduğu müyyən edilib”.
Bu sözləri Baku TV-yə açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib.
“Ərazidə tarixi arxioloji əlamət daşıyan hər hansısa bir mədəniyyət nümunəsi müşahidə olunmayıb”, - deyə Fariz Hüseynli qeyd edib.
Ətraflı süjetdə:
14:22
“Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib.
Arxeologiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev bildirib ki, hazırda institutun əməkdaşları əraziyə baxış keçirirlər:
“Nəticə barədə məlumat veriləcək”.