Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində bəzi dəyişikliklər edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 19 avqustdan etibarən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə sərnişin qatarları həm həftə içi, həm də şənbə və bazar günləri yenilənmiş hərəkət cədvəlinə uyğun olaraq fəaliyyət göstərəcək.