Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sərt karantin tətbiq edilən rayonlardan keçmək mümkün olacaq - VİDEO
“Fəaliyyətinə icazə verilən şəxslər sərt karantin elan olunan ərazilərdən öz maşınları ilə keçə biləcəklər”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, fəaliyyətinə icazə verilməyən şəxslər gizli yollarla bu ərazilərə getməyə çalışmamalıdırlar:
“Sərt karantin rejimi tətbiq olunan rayonların inzibati ərazilərinə giriş qadağandır. İsmayıllı rayonundan keçən magistral yollarda hərəkət olacaq. Başqa rayona gedən şəxslər bu yollardan keçə bilərlər.
Lakin nəqliyyat vasitələrini həmin ərazilərdə saxlamağa icazə yoxdur. Onsuz da həmin rayonların ərazisində heç bir obyekt işləməyəcək. Bu hallar aşkarlanarsa, qanunamüvafiq şəkildə cərimələr tətbiq olunacaq”.
Könül Cəfərli
"İsmayıllı" teqi üzrə xəbərlər
- İsmayıllıda dəhşətli hadisə: 13 yaşlı qız atasından hamilə qaldı
- İsmayıllıda qadın mansardda özünü asdı
- Sevgilisinin evindən 210 minlik oğurluq edən və əmlakını yandıran qadın azadlığa buraxıldı
- Bu xəbərləri qaçırmayın: 13.08.2024-ün ən mühüm hadisələri
- İsmayıllıda yaşayış evinin damına ildırım düşdü, ev yandı
Rəylər