Şərur rayonunun Mahmud kənd sakini Elmar Əhmədov çoxlu sayda silah-sursat tapıb.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Elmar Əhmədov tapdığı 7 ədəd “AK-74” markalı silahı, 11 ədəd patron darağını, 1 ədəd minamyot başlığını və 625 ədəd müxtəlif çaplı avtomat patronu könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.