Onun barəsində toplanmış materallar Şərur rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Sərxoş sürücü polis əməkdaşlarına müqavimət göstərib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Şərur şəhəri ərazisində sərxoş halda avtomobil idarə edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlıqları üçün təhlükə yaradan Xanlıqlar kənd sakini 1993-cü il təvəllüdlü Qasım Həsənov YPX əməkdaşlarının qanuni tələbinə tabe olmayıb və hadisə yerinə dəvət olunan PPX əməkdaşlarına müqavimət göstərib.