Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyinat olub.
Oxu.Az "Unikal"a istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovnik Şahin Bağırovun müfaviq əmri ilə Astara Gömrük Postunun rəisi Seyfulla Lətif oğlu İsmayılov bu vəzifəyə gətirilib.
Qeyd edək ki, bundan əvvəl Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsini general-mayoru Həsən Eyyubov tutub.
Qaynar xətt:
(055) 224 12 12