Dövlət Mühafizə Xidmətinin polkovniki Seyran Tofiq oğlu Hüseynovun rütbəsi artırılıb.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, Seyran Hüseynova general-mayor ali hərbi rütbəsi verilib.
S.Hüseynov 2024-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Qeyd edək ki, 23 avqust Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramıdır.

Qaynar xətt:
(055) 224 12 12