Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurası Ramazan ayı ilə bağlı fətva verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Ramazan ayının ilk günü bu il miladi təqvimi ilə iyul ayının 10-na təsadüf edir.
İyul ayının 9-u isə orucluğun niyyət gecəsidir. 9 iyulda qəza və ya müstəhəb niyyətlə oruc tutmaq məsləhətdir. Şəffal ayının hilalının görünməsindən asılı olaraq, Ramazan – Fitrə bayramı miladi təqvimi ilə avqustun 9-u və ya 10-na düşür.