“Aztelecom”a məxsus avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilir ki, hüquq-mühafizə orqanlarına aprelin 13-də Nizami rayonu M.Kazımov küçəsində “Aztelecom” MMC-yə məxsus avtomobildən 900 manat pul oğurlanması barədə məlumat daxil olub.
Nizami RPİ-nin 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini - 1987-ci il təvəllüdlü A.Camalov müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, A.Camalov əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə məhkum olunub.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli