Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şirkət rəhbəri vətəndaşları necə aldadıb?
Baku TV-yə müraciət edən şəxslər təhsil şirkətlərindən birinin rəhbəri Firudin Cavadov tərəfindən Türkiyədə qiyabi təhsil adı ilə aldadıldığını deyirlər.
Şikayətçilərdən birinin sözlərinə görə, Firudin Cavadov ondan aldığı illik təhsil haqqını universitetə ödəməyib. Hətta onu imtahandan keçirəcəyinə söz verərək əlavə pul da alıb.
Digər bir şikayətçi isə deyir ki, o, imtahan zamanı universitetdə qeydiyyatda olunmadığını öyrənib.
"Tələbə biletimi verib, məndən ödəniş tələb etdi. Əlavə olaraq imtahanları Bakıda verməyim üçün də pul ödədim. İkinci kursun birinci semestrində təhsil haqqını ödəsəm də, dərsləri oxuya bilmirdim. Soruşanda da sistemdə problemin olduğunu demişdi. Ümumilikdə 2100 manat pulum batıb", - zərərçəkən bildirib.
Qeyd edək ki, Firudin Cavadovun müxtəlif insanları aldadaraq pullarını mənimsədiyinə dair mətbuatda dəfələrlə xəbərlər yayımlanıb. İddialarla bağlı Firudin Cavadovla əlaqə saxlanılıb.
O, haqqında səsləndirilən fikirlərin yalan olduğunu deyərək iddiaları təkzib edib.
Daha ətraflı videomaterialda:

"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Qobu qəsəbəsinin KEÇİLMƏZ YOLLARI: "Nəinki piyadaların, heç avtomobillərin hərəkəti MÜMKÜN DEYİL"
- Vətən müharibəsi iştirakçısı icra hakimiyyətindən şikayətçidir: "Mənə kömək edən yoxdur"
- Ağdaşda məktəblilər üçün böyük TƏHLÜKƏ: "Piyada nişanı var, xətti isə yoxdur"
- Masazırda içməli su dörd aydır küçəyə axır: "Qaza bilmərik, qurumların icazəsi lazımdır"
- Bir çox avtomobil nömrələrini RADARLAR SƏHV "GÖRÜR": Ölkəyə yeni nömrəoxuyan cihazlar gətiriləcək?