Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyə vətəndaşı Azərbaycanda qəzaya düşdü
Bakı-Qazax yolunda avtoqəza olub.
Oxu.Az xəbər verir ki, TIR aşıb və daşıdığı yük yola dağılıb. Hadisə yerinə Dövlət Yol Polisinin (DYP) əməkdaşları cəlb olunublar.
Hadisə ilə bağlı Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev qəzanın martın 11-i saat 23:30-da Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 120-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alındığını deyib.
"Türkiyə Respublikasının vətəndaşı Gösəddin Ocakın sürücüsü olduğu "Mercedes" markalı yük avtomobili idarəetmədən çıxaraq yolayrıcı beton konstruksiyalı maneəyə çırpılaraq aşıb.
Qəza nəticəsində xəsarət alan olmayıb. Əraziyə YPX əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır", - deyə M.Ağayev bildirib.
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Lökbatanda QƏZA: VAZ-2107 sərnişin avtobusuna ÇIRPILDI
- Tərtərdə ölümlə nəticələnən AĞIR QƏZA: Xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI
- Qubada vəzifəli şəxs müəlliməni xəstəxanalıq etdi - Son vəziyyəti AÇIQLANDI
- Naxçıvanda AĞIR QƏZA - Taksi sürücüsü öldü
- Gələn ay toyu olacaqdı - Faciəli şəkildə ölən gəncin FOTOLARI