Salyan rayonunun Dağüstü kəndinin inzibati ərazisində baş verən yanğın güclü küləyin olması səbəbindən Şirvan Milli Parkının ərazisinə keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Oxu.Az–a verilən məlumata görə, yanğının qarşısının alınması üçün əsasən əl əməyindən, həmçinin müvafiq texniki vasitələrdən istifadə olunaraq saat 23:00 radələrində tamamilə söndürülüb.
Yanğın nəticəsində Milli Parkın təxminən 8 hektar ərazisində quru ot örtüyünə ziyan dəyib. Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.