Şirvan şəhər sakini, 53 yaşlı İslam Zeynalov itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, o, iyun ayının 20-də Bakıda işləmək adı ilə yaşadığı evdən çıxıb və bir daha onunla əlaqə yaratmaq mümkün olmayıb.
İslam Zeynalovun əlamətləri belədir: boyu 170-175 santimetr, arıq bədən quruluşlu, seyrək saçlı, gözlərinin rəngi qəhvəyi, qaşlarının rəngi isə qaradır.
Evdən çıxan zaman əynində qara rəngli qısaqol köynək və qara rəngli şalvar olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan nazirliyin “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə (+9942121) 5 28 02 şəhər və (+99455) 527 57 77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
:640.jpg)