Şirvanda mənzildə 65 yaşlı qadının meyiti tapılıb.
Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində mənzildə bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1951-ci il təvəllüdlü Mövlayeva Lətifə Dəmir qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 19:35-də başa çatıb.
E.Ə.
www.oxu.az