Şirvanda 5 mərtəbəli yataqxananın birinci mərtəbəsində yanğın hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 17:40 radələrində Şirvan şəhəri Xəqani küçəsində yerləşən yataqxanada yanğın hadisəsi baş verib.
Yanğın nəticəsində həmin yataqxanada məskunlaşan Füzuli rayon sakini, 1927-ci il təvəllüdlü Həsənova Ruhiyyə Əziz qızı aldığı yanıq xəsarətlərindən və tüstüdən boğulmadan ölüb. Yanğın nəticəsində 20 kv. metrə qədər ərazi yanıb. Yanğına Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Hissəsinin 2 avtoçəni cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğına yaşlı qadının alovla diqqətsiz davranışı səbəb olub.
Faktla bağlı araşdırma aparılır.