Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 30-da saat 19 radalərində Şirvan şəhərində şəhər sakini Elvin Əzimov idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən həmyerliləri Vüsal Səmədovu və Ceyhun Mehdiyevi vurub.
Onların hər ikisi xəstəxanaya yerləşdirilib, C.Mehdiyev orada ölüb.
Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.