Şirvanda badımcan turşusundan zəhərlənmə ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilir ki, aparılan araşdırmalar zamanı bir sıra media səhifələrində Şirvanda badımcan turşusu qəbul etmiş şəxsin zəhərlənmədən Sumqayıt şəhər xəstəxanasında dünyasını dəyişməsi ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb.
Belə ki, Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanası tərəfindən 2001-ci il təvəllüdlü Lalə İlqar qızı Fərziyevaya “toksiki şok, dəqiqləşdirilməmiş sepsis, kəskin respirator çatışmazlığı və poliorqan çatışmazlığı” diaqnozu qoyulmuş və bunun nəticəsində müalicə aldığı xəstəxanada vəfat etdiyi məlum olub.
Qeyd edək ki, ötən turşudan zəhərlənmiş gənc Sumqayıt şəhərində xəstəxanada öldüyü barədə məlumat yayılıb.
08:04
Şirvanda turşudan zəhərlənmiş gənc Sumqayıt şəhərində xəstəxanada ölüb.
“Report”un Sumqayıt bürosu xəbər verir ki, dörd gün öncə Şirvan şəhərində badımcan turşusundan zəhərlənmiş 2001-ci il təvəllüdlü Lalə İlqar qızı Fərziyeva bu gün Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında keçinib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər