Bu gün səhər saatlarında Şirvan şəhərində qətl hadisəsi baş verib
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhər Polis Şöbəsindən verilən məlumata görə, Şirvan şəhəri Neftçilər küçəsi ev 27-də ər arvadını qətlə yetirib.
Həmin evdə yaşayan 1967-ci il təvəllüdlü Cavidi Mübariz Sadiq oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1972-ci il təvəllüdlü Cavidi Xoşbəxt Firudin qızını bıçaqla qətlə yetirib.
Mübariz Cavidi qətli törətdikdən sonra özünə qəsd etmək məqsədi ilə çoxlu miqdarda dərman həbləri qəbul edib.
Hal-hazırda o, Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti orta ağır qiymətəndirilir.
Qətlin səbəbləri istintaq orqanları tərəfindən araşdırılır.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.