Şirvan şəhərində intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə şəhərin bağ evləri massivində qeydə alınıb.
Şirvan şəhər sakini, 1991-ci il təvəllüdlü Əhmədov Anar Rəfa oğlu özünü paltar ipi asılan dəmir dirəkdən asaraq intihar edib. Yaxınlarının bildirdiyinə görə Anarın borcu olub.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.