Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şıx çimərliyində boğulan gənclərin FOTOSU
Şıx çimərliyində boğularaq ölən iki şəxsin görüntüləri yayılıb.
Oxu.Az həmin fotoları təqdim edir:
Qeyd edək ki, 2008-ci il təvəllüdlü İlqar Vüqar oğlu Hacıyev Şəki, 2008-ci il təvəllüdlü Sabir Rizvan oğlu Qarayev isə Cəlilabad rayon sakinidir.
Bakı şəhərinin Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyindən verilib.
"Axtarışlar nəticəsində dənizdə batmış 2008-ci il təvəllüdlü İlqar Vüqar oğlu Hacıyev və 2008-ci il təvəllüdlü Sabir Rizvan oğlu Qarayevin meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - deyə məlumatda qeyd olunub.
Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfər batıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Hazırda batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü İlqar Vüqar oğlu Hacıyev və 2008-ci il təvəllüdlü Sabir Rizvan oğlu Qarayevin axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
