Əli Kərimli bu gün yenə şou düzəltdi. Bu, mitinq yox, elə bil toy idi.
Oxu.Az xəbər verir ki, bunu virtualaz.org saytına Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
O, Milli Şuranın bu gün keçirilən mitinqinə münasibət bildirərkən vurğulayıb ki, bugünkü aksiya mitinq yox, piket idi:
“Ora toplaşanların da çoxu təşkilatçıların elə öz qohum-əqrəbası, yaxınları idi. Yeni heç nə demədilər. Eyni sözlər, eyni fikirlər səsləndirirdilər. Dediklərinin də hamısı yalan idi, yanlış idi. Hamısı ümumi sözlər idi. Dediklərinin içində bircə dənə də təklif, ideya yox idi. Halbuki müxalifət gərək alternativ ideyalar, təkliflər də irəli sürsün. Bu isə yox idi. Demaqogiya ilə nə qədər məşğul olmaq olar axı?!”