Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Siyavuş Novruzov: Dini etiqad azadlığı ilə bağlı yeni qanun olacaq
“Dini etiqad azadlığı haqqında” yeni qanun layihəsinin hazırlanması gündəmdədir. İstəyirik ki, bu yöndə yeni qanun layihəsi müzakirələrə çıxarılaraq, qəbul edilsin. Buna ehtiyac var.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, mövcud qanunun qəbulundan xeyli vaxt keçib və onun tam yeniləndirilməsinə zərurət yaranıb.
“Qanun layihəsi üzərində işlərə yeni başlanılıb. Orada hansı yeniliklər olacaq, hansı məqamlar nəzərdə tutulacaq, bu barədə indidən dəqiq bir söz demək olmur.
Qanun layihəsi ilkin variantda hazır olduqdan sonra bu haqda daha geniş danışmaq mümkündür. Amma bununla belə, dini etiqad azadlığı ilə bağlı yeni qanunun qəbulunu düşünürük”, - deyə komitə sədri əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!
"Milli Məclis" teqi üzrə xəbərlər
- İcma sədri: "Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir"
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB
- Milli Məclis xarici dövlətlərin parlamentlərini Ermənistana təzyiq etməyə çağırıb
- Ermənistanın siyasəti iflasa uğradıldı: Keçmiş prezidentlər özlərini necə ifşa etdilər?
- BMT çərçivəsində yeni beynəlxalq konvensiya qəbul ediləcək - Deputat AÇIQLADI
Rəylər