Siyəzən rayonunun Beşdam kəndində “VAZ” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib.
Oxu.Az-ın FHN-in saytına istinadla verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sürücü, 1990-cı il təvəllüdlü Məhəmməd Vahid oğlu Güləliyevin, sərnişin, 1990-cı il təvəllüdlü Seymur Gülağa oğlu Güləliyevin və “Daewoo” markalı minik avtomobilində sürücü, 1991-ci il təvəllüdlü Vasif Əjdər oğlu Quliyevin və sərnişin, 1969-cu il təvəllüdlü Aidə Eldar qızı Quliyevanın sıxılmış vəziyyətdə qalmış meyitlərini nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
17.18
Siyəzən rayonunda minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanlb.
Oxu.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, rayon ərazisində 53 BB 675 dövlət qeydiyyat nişanlı "VAZ-2107" və 99 AR 259 qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 qadın, 1 uşaq və 3 kişi olmaqla 6 nəfər hadisə yerində ölüb, 1 uşaq isə ağır yaralanıb. Azyaşlı Siyəzən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.