Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Smartfonlardan istifadənin qadağan olunduğu məktəblərin sayı artırılacaq - Nazir AÇIQLADI
“Bu gün 200-dən çox məktəbdə şagirdə davranış qaydaları tətbiq edilən məktəblərdə smartfonlardan istifadə qadağandır”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, növbəti ildən qaydaların daha geniş məktəblərdə tətbiqi genişləndiriləcək:
“Əvvəl telefon yox idi, hadisəni üç-dörd nəfər bilirdi. İndi telefon var və çəkilir, paylaşılır. Hadisə baş verəndə məktəb polisə müraciət edib və addım atılıb. Araşdırılıb, hadisə təsdiqini tapmayıb. Valideynlərlə söhbət aparılıb. Bundan əlavə nə addım atılacaq?”
Nazir qeyd edib ki, psixoloqla bağlı problemlər onun məktəbdə rolunun başa düşülməməsindən irəli gəlir:
“Məktəb psixoloqunun rolu şagirdlərin təlim prosesində iş aparması, şagirdləri motivasiya etməsidir. Onları klinik psixoloqlarla qarışdırmamalıdırlar”.
İlhamə Əbülfət
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Nazir valideyn və ya müəllimlər arasında olan münaqişələrdən DANIŞDI
- Nazir: "Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır"
- Azərbaycanda neçə məktəb binası var? - Nazir AÇIQLADI