Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Son beş gün ərzində Bakıya region avtovağzallarından 25 mindən çox sərnişin daşınıb
Son beş gün ərzində Bakıya region avtovağzallarından 2 847 reyslə 25 790 sərnişin daşınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd edilir ki, bölgələrdən paytaxta sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən biletim.az portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.
Hazırda portala 80 istiqamət, 51 məntəqə, 311 reys olmaqla, 357 nəqliyyat vasitəsi qoşulub.
Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Ölkə ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar martın 31-dək gücləndirilmiş iş rejimində çalışır.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Biləcəridəki yolda sürücülər üçün TƏHLÜKƏLİ VƏZİYYƏT
- Nişanlar olmayan yol: Tez-tez qəzalar baş verir
- Bakıda qoşa xətlərin silinməsi sürücülərin cərimələnməsinə səbəb olur
- Əhalinin NƏZƏRİNƏ: Sabah Bakının bir küçəsi nəqliyyat üçün BAĞLANACAQ
- Avtovağzalda avtobus qıtlığı yaşanır? - Qiymət artımı ilə bağlı iddialara AGENTLİKDƏN CAVAB