"2018-ci ildən bu günədək vəkilliyə qəbul üzrə ümumilikdə 14 test imtahanı təşkil olunub".
Oxu.Az-ın məlumatına görə, bunu bu gün vəkilliyə namizədlərin andiçmə mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, bu müddət ərzində imtahanlarda iştirak edən 6 070 namizəddən 1 820 nəfər uğur qazanaraq icbari təlim mərhələsini başa vurub və and içərək kollegiyanın üzvü olub.
Samir Əli