Nazirlər Kabineti “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın və “Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Oxu.Az-ın məlumatına görə, qərarə əsassən “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.8-ci bəndində “1 il” sözləri “2 il” sözləri ilə əvəz edilib.
Beləliklə, sosial yardım müraciət edildiyi vaxtdan sonra 1 il deyil, 2 il müddətinə təyin ediləcək.